“Mançester Siti”nin Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda doğma meydanda “Şaxtyor”u 6:0 hesabı ilə məğlub etdiyi oyunda  24-cü dəqiqədə verilən penalti qərarı etirazlara səbəb olub.

Offsideplus.az macarıstanlı hakim Viktor Kassai cərimə meydançası daxilində Rahim Sterlinqə heç bir toxunuş olmadığı halda qayda pozuntusunu qeydə alıb.  Epizodunun təkrarında Sterlingin heç bir toxunuşsuz ayağı büdrəyərək yıxıldığı görünüb.

Oyundan sonra bu barədə açıqlama verən 23 yaşlı futbolçu hakimi aldatdığını görə üzr istəyib.

Həmin görüntüləri təqdim edirik.

Qol.az