“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Mançester Yunayted”ə 1:2 hesabıyla məğlub olduqları oyundan sonra açıqlama verib.

Offsideplus.az  İtaliya mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis komandasının yaxşı oynadığını deyib:

“Xəyal qırıqlığı yaşayırıq, çünki məğlub olsaq da, komandamız yaxşı oynadı. Son zərbələri daha yaxşı etməliyik. Hər oyunu qol buraxmadan bitirə bilmərik. Hələ də qrupun lideriyik. Əslində, “Mançester Yunayted”ə məğlub olmaq başadüşüləndir. Onlar Premyer Liqa oyunlarında da eyni şeyi edirlər. Son oyunda onlar 80 dəqiqə boyunca çox az şey etdilər, amma sonda qalib gəldilər”.