Çempionlar Liqasının qrup mərhələsində hazırda “Viktoriya” ilə keçirilən görüş “Real”ın futbolçusu Kərim Benzema üçün əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, oyunda dubl edən fransalı hücumçu bununla “Real”da vurduğu qollarının sayını 201-ə çatdırıb. 30 yaşlı forvard “Real”ın tarixində 200 qol həddini keçən 7-ci futbolçu olub.

Qeyd edək ki, Benzema 2009-cu ildən Madrid klubunda çıxış edir.