Ötən gecə UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, A qrupunda "Bavariya" "Zalsburq"u qəbul edib. Görüş Almaniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qalibiyyət "Bavariya"nı Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksəldib.

Oyunun icmalını təqdim edirik:

"Bavariya" (Almaniya) - "Zalsburq" (Avstriya) 3:1 (R.Levandovski, 43. M.Uober, 52. -avt. L.Sane, 68. - M.Berişa, 73.)