Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, son oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 qarşılaşma baş tutub.

A qrupunda Almaniya "Bavariya"sı 1/8 finala vəsiqəni rəsmiləşdirib. 3 oyundan maksimum xal toplayan Münhen təmsilçisi evdə "Zalsburq"u məğlub edib: 3:1.

Gecənin maraqlı oyunlarından biri B qrupunda İtaliya "İnter"i ilə İspaniya "Real Madrid"i arasında baş tutub: 0:2.

C qrupunda İngiltərənin "Mançester Siti" klubu Yunanıstanda "Olimpiakos"un qonağı olub. "Şəhərlilər" rəqibinə qalib gələrək (0:1), sona 2 tur qalmış 1/8 finala vəsiqəni təmin ediblər.

D qrupunda Çempionlar Liqasının son qalibi İngiltərə "Liverpul"u "Atalanta" ilə bacarmayıb: 0:2.

Beləliklə, İngiltərədən "Siti", Almaniyadan "Bavariya" klubu adını Çempionlar Liqasında pley-off mərhələsinə yazdırmağı bacarıb.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi

IV tur

A qrupu

00:00. "Atletiko" (İspaniya) - "Lokomotiv" Moskva (Rusiya) 0:0

00:00. "Bavariya" (Almaniya) - "Zalsburq" (Avstriya) 3:1 (R.Levandovski, 43. M.Uober, 52. -avt. L.Sane, 68. - M.Berişa, 73.)

B qrupu

21:55. "Borussiya" Münxenqladbax (Almaniya) - "Şaxtyor" (Ukrayna) 4:0 (L.Stindl, 17. - pen. N.Elvedi, 34. B.Embolo, 45+2. O.Uendt, 77.)

00:00. "İnter" (İtaliya) - "Real Madrid" (İspaniya) 0:2 (E.Hazard, 7. Rodriqo, 59.)

C qrupu

21:55. "Olimpiakos" (Yunanıstan) - "Mançester Siti" (İngiltərə) 0:1 (F.Foden, 36.)

00:00. "Marsel" (Fransa) - "Porto" (Portuqaliya) 0:2 (Z.Sanusi, 39. S.Oliviera, 72. -pen.)

D qrupu

00:00. "Ayaks" (Niderland) - "Midtüllan" (Danimarka) 3:1 (R.Grevenberç, 47. N.Mazraui, 49. D.Neres, 67. - A.Mabil, 80. -pen.)

00:00. "Liverpul" (İngiltərə) - "Atalanta" (İtaliya) 0:2 (C.Lilisis, 60, R.Qozens, 64.)