İspaniyanın “Real” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində qarşılaşacağı İtaliya “İnter”i ilə səfər matçına ciddi itkilərlə yollanıb.
Offsideplus.az xəbər verir ki, komandanın əsas hücumçusu Kərim Benzema və kapitan Serxio Ramos zədəli olduqları üçün heyətə daxil edilməyib.
 Eder Militao və hücumçu Luka Yoviçdə koronavirus aşkarlanıb. Yarımmüdafiəçi Federiko Valverde və müdafiəçi Alvaro Odriosola da Milana aparılmayıb.
Qeyd edək ki, “İnter” - "Real” matçı noyabrın 25-də keçiriləcək.