Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.

Offsideplus.az-ın məlumatına görə, ilk oyun günündə 4 qrupda 8 qarşılaşma baş tutub. Keçirilən oyunlarda qalib gələn "Çelsi", "Sevilya", "Barselona" və "Yuventus" 1/8 final mərhələsinə vəsiqə qazanan ilk komandalar olub.

Türkiyənin yeganə təmsilçisi "Başakşehir" isə ötən tur öz meydanında 2:1 hesabı ilə yendiyi "Mançester Yunayted"ə İngiltərədə qonaq olub: 4:1.

Çempionlar Liqası

Qrup mərhələsi
IV tur
24 noyabr
E qrupu

21:55. “Krasnodar” (Rusiya) - “Sevilya” (İspaniya) 1:2 (Vanderson, 56. - İ.Rakitiç, 4. M.Haddadi, 90+5.)
21:55. “Renn” (Fransa) - “Çelsi” (İngiltərə) 1:2 (S.Qirassi, 85. - Odoi, 22. O.Giroud, 90+1.)

F qrupu
00:00. “Latsio” (İtaliya) - “Zenit” (Rusiya) 2:1 (Ç.İmmobile, 3, 55. M.Parolo, 22. - A.Dzyuba, 25.)
00:00. “Borussiya” (Dortmund, Almaniya) - “Brügge” (Belçika) 3:0 (E.Haland, 18, 60. C.Sanço, 45+1.)

G qrupu
00:00. “Dinamo” (Kiyev, Ukrayna) - “Barselona” (İspaniya) 0:4 (S.Dest, 52. M.Breytueyt, 57, 70. A.Qrizmann, 90+2.)
00:00. “Yuventus” (İtaliya) - “Ferensvaroş” (Macarıstan) 1:1 (K.Ronaldo, 35. A.Morata, 90+2. - M.Uzuni, 19.)

H qrupu
00:00. “Mançester Yunayted” (İngilıtərə) - “Başakşəhər” (Türkiyə) 4:1 (B.Fernandes, 7, 20. M.Reşford, 36. D.Ceyms, 90+2. - D.Türüc, 75.)
00:00. PSJ (Fransa) - “Leypsiq” (Almaniya) 1:0 (Neymar, 11. -pen.)