Sabiq ingiltərəli futbolçu Peter Kroç "Tottenhem" klubu ilə 2011-ci ildə "Real Madrid"ə qarşı keçirilən oyunda aldığı qırmızı vərəqə barədə danışıb.

Offsideplus.az xəbər verir ki, kariyerasını keçən il bitirən təcrübəli keçmiş futbolcu ingiltərədə bir verilişə qonaq olub.Söhbət əsnasında "Real"a qarşı matçda kobudluğa görə aldığı qırmızı vərəqə barədə fikirlərini bildirib."15-ci dəqiqədə qırmızı vərəqə aldım və komandam 0:4 hesabı ilə məğlub oldu.Aldığım ilk sarı vərəqə Ramosla mübarizə zamanı oldu.İkincidə isə Marselonun qapıya yaxınlaşmasına mane olmaq istədim ama and içə bilərəm ki, ona toxunmadım.Marselo artist kimi özünü yerə atdı.O an onu əzişdirmək qədər ikinci bir şey düşünə bilmirdim."

"Real Madrid" ilk matçda 4:0, ikincidə isə 1:0 qələbə qazanıb həmin mövsüm finala yüksəlmişdi