Çempionlar Liqasının 3-cü turunun ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, səsvermənin nəticələrinə görə Dioqu Jota rəqiblərini qabaqlayıb. "Atalanta" ilə oyunda "Liverpul"un heyətində het-trik edən portuqaliyalı forvard komandasının inamlı qələbəsində həlledici rol oynamışdı. 

Jota səsvermədə Münxenqladbax "Borussiya"sında çıxış edən Alassan Plenı, Dortmun "Borussiya"sında çıxış edən Erlinq Holannı və "Sevilya"dan Yussef En-Nesirini geridə qoyub.