Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunun matçında "Real Madrid" İtaliya "İnter"inə qalib gəlib - 3:2.

Offsideplus.az xəbər verir ki, Madriddə keçirilən matçın 33-cü dəqiqəsində "Real"ın kapitanı və müdafiəçisi Serxio Ramos komandasının ikinci qolunu vurub. Bu, Ramosun Madrid klubunda yüzüncü qolu olub.

Qeyd edək ki, Ramos 100 qoldan 55-ini başı ilə vurub.