UEFA Çempionlar Liqasında qrup mərhələsinin birinci turunun oyunlarından sonra həftənin ən yaxşı qolu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, İspaniyanın "Real Madrid" komandasının futbolçusu Luka Modriçin Ukrayna "Şaxtyor"u ilə görüşdəki dəqiq zərbəsi ilk turun ən yaxşısı seçilib.

Xorvatiyalı yarımmüdafiəçi 54-cü dəqiqədə 24 metr məsafədən baxımlı qola imza atıb.

Qeyd edək ki, qarşılaşma "Real Madrid"in 2:3 hesablı məğlubiyyəti ilə bitib.