Portuqaliyalı ulduz UEFA Çempionlar Liqasının qrup mərhələsində baş tutacaq "Yuventus" - "Barselona" matçında oynaya bilməyəcək.

Offsideplus.az Marca-ya istinadən xəbər verir ki, buna səbəb Kriştiano Ronaldonun koronavirus testinin yenə müsbət nəticə verməsidir. Belə ki, 35 yaşlı hücumçu karantində qalmağa davam edəcək.

Qeyd edək ki, "Yuventus" - "Barselona" matçı 29 oktyabr saat 00:00-da baş tutacaq.