UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları Portuqaliyada keçirilməyəcək.

Offsideplus.az xəbər verir ki, qurum ev sahibi komandaların rəqiblərini doğma meydanda qəbul etməsinə razılıq verib. Rəsmi açıqlamanın iyulun 10-da veriləcəyi bildirilir.

Qeyd edək ki, Çempionlar Liqası 1/4 final mərhələsindən "səkkizlər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçiriləcək.