Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarında hücumçu xətti ən zəif olan komandaların siyahısı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, 16 klubdan yalnız ikisi qapı istiqamətində 1 dəqiq zərbə vura bilib.

"Squawka football"ın məlumatına görə, "Liverpul""Yuventus" mərhələnin ilk matçında hücum qurmaqda problem yaşayıblar. "Mersesaydlılar" 8 hücumunun 1-i qapı istiqamətində zərbə ilə tamamlanıb. "Yuventus" futbolçularının 14 zərbəsindən ancaq 1-i qapıya doğru yönəlib.

Qeyd edək ki, "Liverpul" səfərdə "Atletiko"ya, Turin təmsilçisi isə "Lion"a 1:0 hesabı ilə məğlub olub.