Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk görüşündə “Real” “Mançester Siti“ ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, 1:2 hesabı ilə bitən matç Benzema üçün əlamətdar olub.

Fransalı futbolçu Madrid klubunun heyətində 100-cü dəfə Çempionlar Liqası matçına çıxıb.

32 yaşlı forvard bu müddətdə 52 qol vurub. O, komandasının tarixində 6-cı oyunçudur ki, qitənin ən nüfuzlu klub turnirində 100 və daha çox matç keçirib.

Rekord isə İker Kasilyasa məxsusdur – 150 oyun. Raul 130, Serxio Ramos 124, Roberto Karlos 107, Kriştiano Ronaldo 101 belə qarşılaşmada iştirak edib.

Qeyd edək ki, Benzema cavab matçında meydana çıxacağı təqdirdə portuqaliyalıya çatacaq.