Dünən Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Real” “Mançester Siti”yə məğlub olub 1-2.

Offsideplus.az xəbər verir ki, bu nəticə ilə qonaqların baş məşqçisi Pep Qvardiola yeni rekorda imza atıb. İspaniyalı mütəxəssis Çempionlar Liqasının pley-offlarında (1/8, 1/4, 1/2 və final) ümumilikdə 28-ci qələbəsini qazanıb. Ümumilikdə 52 matçda meydana komanda çıxardan Qvardiola bu qarşılaşmaların 13-də heç-heçəyə razılaşıb, 12-də məğlub olub.

49 yaşlı mütəxəssis bununla həmkarları olan Joze Mourinyo, Karlo AnçelottiAleks Ferqyusonu geridə qoyub.