“Barselona” (İspaniya) UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə  “Napoli” (İtaliya) ilə heç-heçə edib - 1:1.

Offsideplus.az xəbər verir ki, bu nəticə katalonların baş məşqçisi Kike Setyen üçün əlamətdar olub. 

62 yaşlı mütəxəssis, 1997-ci ildən bəri turnirin final mərhələlərinin ilk oyununda qalib gəlməyən ilk “Barselona” məşqçisi olub. Sonuncu dəfə 1997-ci ildə “Barselona” Lui Van Qalın rəhbərliyi altında ilk oyunda “Nyukasl”a məğlub olmuşdu – 2:3.