Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Bavariya” səfərdə “Çelsi”ni məğlub edib - 0:3.

Offsideplus.az xəbər verir ki, qarşılaşmada dubl edən Münhen təmsilçisinin hücumçusu Robert Levandovski qollarının sayını 11-ə çatdırıb. Polşalı forvard bu qollardan 9-nu səfərdə vurub. Levandovski bu nəticəni əldə edən ikinci futbolçu olub.

“Yuventus”un hücumçusu Kriştiano Ronaldonu 2013-14 mövsümündə eyni göstəriciyə imza atıb.