Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Bavariya" səfərdə "Çelsi"ni məğlub edib - 0:3.

Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisi ardıcıl olaraq turnirdə 7-ci qələbəsini qazanıb. "Bavariya" turnir tarixində “Barselona” və “Real”dan sonra bunu bacaran 3-cü klub olub.

Qeyd edək ki, nə Kataloniya təmsilçisi 2002-03, nə də Madrid klubu 2014-15 mövsümündə Çempionlar Liqasının qalibi ola bilməyiblər.