"Barselona"nın üzvü Cerard Pike maraqlı açıqlama ilə diqqət çəkib.

 Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Çempionlar Liqasında "Napoli" ilə keçiriləcək matçdan öncəki mətbuat konfransında Messinin Maradonadan üstün olduğunu bildirib:

"Maradona futbol tarixinin ən bənzərsiz futbolçusu idi. O, "Napoli" və "Barselona"da möhtəşəm oyun sərgiləyib. Maradona sonsuza qədər xatırlanacaq. Lakin Messi və onun arasında bir seçim etməyimi istəsəniz, əlbəttə ki, Messini seçərəm".