Avropanın ən güclü komandaları qitənin bir nömrəli klub turniri hesab olunan Çempionlar Liqasının genişləndirilməsi ilə bağlı razılıq əldə ediblər.

Offsideplus.az xəbər verir ki, yeni razılaşmaya görə turnirin formatında dəyişikliklər olacaq.

Dəyişikliklərin detalları hələlik açıqlanmır. Amma bunun oyun sayına təsir edəcəyi məlumdur. Yeni formata əsasən, Çempionlar Liqasında komandalar 4 oyun artıq keçirəcək. Lakin hələlik bu görüşlərin qrup mərhələsinə, yoxsa təsnifat raundlarına təsadüf edəcəyi məlum deyil.