Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Olimpiakos"la oyunda "Tottenhem"in 4-2 hesablı qələbəsi ilə yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, görüşdə dubl edən ingilis Harri Keyn Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.

26 yaşlı forvard bu turnirdə ən tez 20 qol həddinə çatan oyunçu olub. Onun  rekordu 24-cü oyununda qeydə alınıb. Buna qədər isə rekord 26 matçda 20 dəfə fərqlənən Alessandro Del Pyeroya məxsus idi. Rud Van Nistelroy 27 oyunla siyahıda 3-cüdür.