2023/2024-cü illər mövsümündə UEFA Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər.

Offsideplus.az xəbər verir ki, Avropa futbol qurumu bununla bağlı kommersiya tərəfdaşları ilə danışıqlara bstart verilib. Okeanın o tayında prioritet məkan kimi Nyu-Cersidəki “MetLife Stadium" nəzərdən keçirilir. Razılıq əldə olunsa, ən nüfuzlu klub turnirinin finalı ilk dəfə Avropa hüdudlarından kənarda təşkil ediləcək.

 

Qeyd edək ki, bu mövsüm həlledici oyun Türkiyənin İstanbul, 2021-ci ildə Rusiyanın Sankt-Peterburq, 2022-ci ildə Almaniyanın Münhen şəhərlərində, 2023-cü ildə isə İngiltərənin paytaxtı Londonda təşkil olunacaq.