"Real Madrid"in baş məşqçisi Zinəddin Zidan "Qalatasaray"ı 6-0 hesabı ilə məğlub etdikləri oyun barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, fransız mütəxəssis qələbəyə layiq olduqlarını bildirib: 

"Bizim üçün həqiqətən də lazım olan və layiq olduğumuz qələbə oldu. İlk 15 dəqiqədə 3 qol vurduq və Çempionlar liqasında yeni başlanğıca imza atdıq. 4-0 hesabı ilə bitirdiymiz ilk hissədən sonra ikinci hissədə də yaxşı oynadıq. Sonra tempi saldıq, belə bir rəqibə qarşı yaxşı oynaya bildiyimizi düşünürəm".

5-0-dan sonra da qol vurmaqda istəkli olduqları xatırladılanda Zidan "Qol vurmaq oyunçuların içindən gələn hissdir, eyni zamanda hansı komanda üçün oynadıqları da önəmlidir. Belə bir nəticə olanda daha yaxşısını etmək istəyirsən. Bu 3 xal bizə çox yaxşı təsir etdi" - deyə bildirib.