UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna yekun vurulub.

Offsideplus.az xəbər verir ki, İngiltərənin "Mançester Siti" klubu isə İtaliyada "Atalanta" ilə qarşılaşmada qələbəni əldən verərək, 1/8 finala vəsiqə imkanını qalan 2 tura saxlayıb. Meydan sahibləri isə ilk xalı əldə edib.

 "Atalanta" (İtaliya) - "Mançester Siti" (İngiltərə) - 1:1

Qollar: Mario Paşaliç, 49 - Rəhim Stelinq, 7

Qırmızı vərəqə: Klaudio Bravo, 81 ("Mançester Siti")

Xal durumu: "Mançester Siti" - 10, "Şaxtyor" - 5, "Dinamo" - 5, "Atalanta" - 1.