Çempionlar Liqasının qrup mərhələsində "Slaviya" ilə bərabərə qalan (0:0) "Barselona" uğurlu seriyasını davam etdirib. 

Offsideplus.az-ın xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubu Çempionlar Liqasında ardıcıl 34-cü dəfə ev oyununda uduzmayıb və bununla öz rekordunu yeniləyib.

Dünənki qarşılaşmanı tribunadan 67 min 23 azarkeş izləyib ki, bu da son iki ilin ən zəif göstəricisidir. Buna qədər 2017-ci il oktyabrın 18-də "Olimpiakos"la (3:1) görüşü cəmi 55 min 26 azarkeş izləmişdi.

Qeyde dək ki, "Barselona" 4 turdan sonra 8 xalla F qrupuna başçılıq edir.