"Barselona" klubunun ulduz futbolçusu Lionel Messi Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Borussiya" ilə matçın ikinci hissəsində meydana daxil ola bilər. 

Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Ernesto Valverde argentinalı hücumçuya şans verməyi düşünür.Kataloniya klubunun həkimləri də 32 yaşlı oyunçunun Dortmund klubu ilə görüşdə iştirakına razılıq veriblər.

Qeyd edək ki, "Borussiya" - "Barselona" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.