Avropanın aparıcı futbol klubları UEFA Çempionlar Liqasının (ÇL) 96 komandalıq yeni formatda keçirilməsi ideyasını irəli sürüblər.

Offsideplus.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, bu təşəbbüs ÇL-in 2024-cü ildəki potensial islahatlarının bir hissəsi hesab olunur. Klublar tərəfindən müzakirə olunan yeni formatda - 96 kollektivin hər birinin 6 komandadan ibarət 16 qrupa bölünməsini nəzərdə tutur. 

Hər qrupda ilk 2 yeri tutan komandalar ÇL-in, 3-4-cü yerin sahibləri Avropa Liqasının, 5-6-cı sıradakılar isə 2021/2022 mövsümündə ilk dəfə təşkil olunacaq Avropa Liqası-2 turnirinin pley-off mərhələsinə vəsiqə qazanacaq. Belə olacağı halda, təsnifat mərhələləri ləğv ediləcək.

Məsələyə UEFA İcraiyyə Komitəsinin sentyabrdakı iclasında baxılacağı bildirilir.