Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb.

Offsideplus.az-ın məlumatına görə, Monakoda təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 20:00-da başlanıb.

Püşkatma 32 komandanın iştirakı ilə keçirilib. 

Nəticələri sizə təqdim edirik:

A qrupu: PSJ, "Real", "Brügge", "Qalatasaray"

B qrupu: "Bavariya", "Tottenhem", "Olimpiakos", "Srvena Zvezda"

C qrupu: "Mançester Siti", "Şaxtyor", "Dinamo" (Zaqreb), "Atalanta"

D qrupu: "Yuventus", "Atletiko", "Bayer Leverkuzen", "Lokomotiv" (Moskva)

E qrupu: "Liverpul", "Napoli",  "Zalsburq", "Genk"

F qrupu: "Barselona", "Borussiya" (Dortmund), "İnter", "Slaviya Praqa"

G qrupu: "Zenit", "Benfika", "Lyon", "Leypsiq"

H qrupu: "Çelsi", "Ayaks", "Valensiya", "Lill"

Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinin oyunları 17/18 sentyabr, 1/2 oktyabr, 22/23 oktyabr, 5/6 noyabr, 26/27 oktyabr və 10/11 dekabrda keçiriləcək.