Bu gün UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə vəsiqə qazanacaq bütün komandalar müəyyənləşəcək.

Offsideplus.az xəbər verir ki, "Qarabağ" - APOEL oyunu ilə yanaşı, III raundun daha 9 cavab matçı keçiriləcək. Həmçinin Avropa Liqasında da eyni mərhələnin 3 görüşü baş tutacaq. Ağdam təmsilçisinin ÇL-in pley-offundakı potensial rəqibləri "Ayaks" və PAOK bu dəfə Hollandiyada üz-üzə gələcəklər. Ötən həftə Yunanıstandakı dueldə 2:2 hesablı heç-heçə qeydə alınıb.