UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Offsideplus.az xəbər verir ki, son Çempionlar Liqasında uğurlu çıxışı ilə hər kəsi təəccübləndirən “Ayaks” bu mərhələdə PAOK ilə qarşılaşacaq. Azərbaycan çempionu “Qarabağ” isə 2-ci mərhələni adlasa, APOEL (Nikosiya, Kipr) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə üz-üzə gələcək.

Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi

ÇFR (Kluj, Rumıniya)/Makkabi (Təl-Əviv, İsrail) cütünün qalibi – Seltik (Şotlandiya)/Nımme Kalyu (Estoniya) cütünün qalibi

Sutyeska (Monteneqro)/APOEL (Kipr) cütünün qalibi – Dandalk (İrlandiya)/Qarabağ (Azərbaycan) cütünün qalibi

PAOK (Yunanıstan) – Ayaks (Hollandiya)

Saburtalo (Gürcüstan)/Dinamo (Xorvatiya) cütünün qalibi – Ferensvaroş (Macarıstan)/Valletta (Malta) cütünün qalibi

Srvena Zvezda (Serbiya)/HİK (Finlandiya) cütünün qalibi – TNS (Uels)/Kopenhagen (Danimarka) cütünün qalibi

Maribor (Sloveniya)/AİK (İsveç) cütünün qalibi – BATE (Belarus)/Rusenborq (Norveç) cütünün qalibi

Başakşəhər (Türkiyə) – Viktoriya (Çexiya)/Olimpiakos (Yunanıstan) cütünün qalibi

Krasnodar (Rusiya) – Portu (Portuqaliya)

Brügge (Belçika) – Dinamo (Kiyev, Ukrayna)

PSV (Hollandiya)/Bazel (İsveçrə) cütünün qalibi – LASK (Avstriya)