"Ümumi götürdükdə, 90 dəqiqə ərzində topa biz nəzarət etdik. Rəqibin bu qədər müdafiədə oturacağını gözləmirdik. Taktiki cəhətdən çox intizamlı oynadılar". 

Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsinin səfərdə "Partizani" ilə qolsuz bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, daha sonra bildirib: "Rəqib ikinci hissənin əvvəllərində bir neçə epizod yaratdı, azarkeşləri önündə nə isə etməyə çalışmalıyıdılar. "Partizani" göstərdi ki, sürətli əks-hücuma çıxa biləcək yaxşı oyunçuları var, Bakıda da buna hazır olmalıyıq. Bu qarşılaşmanı ümumi analiz etdikdən sonra cavab matçında müəyyən dəyişikliklər edə bilərik".