Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Offsideplus.az-ın məlumatına görə, ölkə çempionu I mərhələdə Albaniyanın "Partizani" kollektivini mübarizədən kənarlaşdıracağı təqdirdə "Dandolk" (İrlandiya) / "Riqa" (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyulda, II təsnifat mərhələsinin matçları isə 23-24 və 30-31 iyulda keçiriləcək. 

***

"Qarabağ" komandasının Avropa kuboklarının növbəti təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşəcək.

Offsideplus.az-ın məlumatına görə, əvvəlcə Çempionlar Liqası üçün püşkatma təşkil olunacaq. Səpələnmişlər səbətində yer alan "Qarabağ" - "Partizani" (Albaniya) cütünün qalibi növbəti mərhələdə

"Makkabi" (Təl-Əviv, İsrail)

"Linfild" (Şimali İrlandiya) / "Rusenborq" (Norveç) cütünün qalibi

"Dandolk" (İrlandiya) / "Riqa" (Latviya) cütünün qalibi

F91 (Düdelanj, Lüksemburq) / "Valletta" (Malta) cütünün qalibi

TNS (Uels) / İlkin raundun qalibi

ilə üz-üzə gələcək.

"Qarabağ" "Partizani" səddini keçə bilməsə, mübarizəni ya Avropa Liqasının II, ya da birbaşa III təsnifat mərhələsində davam etdirəcək. Bu, püşkün nəticəsindən asılı olacaq. Rəqib isə 6 cütdən ibarət qrupda I təsnifat mərhələsinin məğlubları olacaq.

BATE (Borisov, Belarus) / "Pyast" (Qlivitse, Polşa)

"Suduva" (Litva) / "Srvena Zvezda" (Serbiya)

"Şerif" (Tiraspol, Moldova) / "Saburtalo" (Gürcüstan)

"Dandolk" (İrlandiya) / "Riqa" (Latviya)

"Tre Penne" (San Marino) / "Santa Koloma" (Andorra)

Qeyd edək ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq püşkatmala müvafiq olaraq, Bakı vaxtı ilə saat 14:00-da və 15:00-da başlayacaq.