"Liverpul" klubunun yarımmüdafiəçisi Ceyms Milner Çempionlar Liqasının yarımfinal mərhələsinin "Barselona" ilə ilk oyununda (0:3) Kataloniya klubunun kapitanı Lionel Messi ilə arasındakı mübahisəni xatırlayıb. 

Offsideplus.az xəbər verir ki, ingilis futbolçu epizodların birində kobud oynadığı üçün argentinalı hücumçunun onu təhqir etdiyini bildirib:

"O, narazı idi. İlk hissə başa çatdıqdan sonra paltardəyişmə otağına gedərkən Messi ispanca mənə xeyli söz dedi. Hətta məni "Burro" adlandırdı. Tərcüməsi "eşşək"deməkdir. Ancaq düşünürəm ki, bu söz ümumi mənada işlədilir və meydanda kobud oynayan futbolçulara deyilir. Ondan vəziyyətini soruşdum, cavab vermədi. Bilirəm ki, dediyi sözü başa düşdüyümü anladı".(qol.az)