PSJ-nin hücumçusu Neymar cəzalandırıla bilər.

Offsideplus.az-ın "Times" nəşrinə istinadən məlumatına görə, UEFA cəzanın müddəti ilə bağlı müzakirələri davam etdirir.

Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Yunayted"lə keçirilən cavab qarşılaşmasından (1:3) sonra hakimlərə qarşı qeyri-etik fikirlər səsləndirən braziliyalı UEFA-nın Nizam-İntizam Komitəsinə cəlb edilmişdi. "Times"ın iddiasına görə, komitə onu 3 matçlıq diskvalifikasiya etməyi planlaşdırır.

Qeyd edək ki, zədəli olduğu üçün cavab görüşünü buraxan Neymar baş hakim Damir Skominanı tənqid etmişdi.