"Bavariya" Çempionlar Liqasında antirekorda imza atıb.

Offsideplus.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, Münhen təmsilçisi 8 ildən sonra ilk dəfə qitənin bir nömrəli klub turnirində 1/4 finala yüksələ bilməyib. Komanda "Liverpul"la cavab görüşündə 1:3 hesabı ilə uduzaraq ÇL-də mübarizəni dayandırıb.

Qeyd edək ki, "Bavariya" bundan əvvəl 2010/2011 mövsümündə "İnter"ə məğlub olaraq (1:0, 2:3) 1/4 finala vəsiqə qazana bilməmişdi.