Turin "Yuventus"unun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının 1/8 final mərhələsinin "Atletiko Madrid"ə qarşı keçirilən cavab matçında (3:0) het-trik edib.

Offsideplus.az xəbər verir ki, bunun sayəsində Ronaldunun ÇL-də hesabında olan het-triklərin sayı 8-ə çatıb.

O hazırda bu göstəriciyə görə, "Barselona"nın forvardı Lionel Messi ilə birinci yeri bölüşür. Onların yaxın izləyicilərinin ən çoxu üç het-triki var.