“Barselona” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Lion”la qarşılaşıb.

Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, qolsuz bərabərə bitən matç Kataloniya təmsilçisinin üzvü Lionel Messi üçün əlamətdar olub. Belə ki, argentinalı hücumçu bu matçda da iştirak edərək, Çempionlar Liqasında “Barselona”yla 130-cu oyununa çıxıb. O, bu göstərici ilə “Barselona”nın sabiq üzvü Andres İnyestaya çatıb. Hər iki futbolçu ÇL-də 130 oyun keçirib.

“Barselona” formasıyla sözügedən turnirdə ən çox forma geyinən futbolçu isə Xavidir. İspan yarımmüdafiəçi Kataloniya təmsilçisiylə 151 görüşə çıxıb.

“Barselona” ilə “Lion” arasındakı cavab matçı martın 13-də keçiriləcək.