Çempionlar Liqasının 1/8 finalında PSJ-"Mançester Yunayted” qarşılaşması azarkeşlərsiz keçirilə bilər. 
Offsideplus.az xəbər verir ki, yanvarın 11-də UEFA-nın intizam komitəsi PSJ ilə bağlı məsələyə baxacaq. Paris klubunun azarkeşləri qrup mərhələsində "Servena Zvezda” ilə keçirilən oyunda (6:1) qaydaları pozublar. 
Fanatlar polisə hücum ediblər, stadionda məşəl yandırıblar. Fransa mətbuatının yaydığı məlumata görə, UEFA bu qayda pozuntularını nəzərə alaraq, MY ilə oyunun azarkeşlərsiz keçirilməsi barədə qərar çıxarda bilər. 
PSJ-MY qarşılaşması martın 6-da keçiriləcək. Bu komandalar arasında ilk qarşılaşma isə fevralın 12-də Mançesterdə baş tutacaq.