• 07.09.2019 20:23

    "Qəbələ" də qalib gəldi

    “Qəbələ” klubu milli komandaların qarşılaşmaları ilə əlaqədar Premyer Liqada yaranan fasilədə yoxlama oyunu keçirib. 

  • 04.09.2019 23:48

    "Qəbələ" yenidən "Sumqayıt"la üz-üzə

    Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” yoxlama görüşü keçirəcək. 

  • 03.09.2019 17:32

    UEFA "Qəbələ" klubunu mükafatlandırdı

    UEFA "Qəbələ" klubunu mükafatlandırıb.

  • 02.09.2019 15:00

    "Qəbələ"nin yeni baş məşqçisi müəyyənləşdi

    “Qəbələ”nin baş məşqçi vəzifəsini icra edəcək çalışdırıcı müəyyənləşib.

  • 31.08.2019 21:04

    Premyer Liqamızda baş məşqçi istefası - VİDEO

    "Qəbələ" klubunun baş məşqçisi Sənan Qurbanov istefa verib.  Offsideplus.az xəbər verir ki, bu barədə o, Azərbaycan Premyer Liqasının 3-cü turunda evdə "Keşlə"yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında bildirib. Qeyd edək ki, S.Qurbanov ötən yay "Qəbələ"nin baş məşqçisi təyin olunmuşdu.

  • 28.08.2019 11:38

    "Qəbələ"nin futbolçusu Mozambik millisinə çağırıldı

    "Qəbələ"nin futbolçusu Bauk Klesio Mozambik millisinə çağırılıb.

  • 25.08.2019 17:30

    "Qarabağ" və "Qəbələ" arasında 54-cü duel

    Bu gün “Azərsun Arena”da Azərbaycan Premyer Liqasının II tur matçında üz-üzə gələcək "Qarabağ" və "Qəbələ" komandaları arasında 54-cü duel gerçəkləşəcək. 

  • 17.08.2019 21:09

    "Qəbələ" "Sumqayıt"a uduzdu - YENİLƏNDİ

    Azərbaycan Premyer Liqasının ilk turunda daha bir qarşılaşma keçirilib.

  • 17.08.2019 18:11

    Qəbələdə start heyətlər açıqlandı

    Premyer Liqanın ilk turunda bu gün saat 19:00-da başlayacaq “Qəbələ” – “Sumqayıt” oyunu üçün heyətlər açıqlanıb. 

  • 16.08.2019 14:43

    "Qəbələ" Premyer Liqanın ilk turunun oyununa itkilərlə çıxacaq

    "Qəbələ" Azərbaycan Premyer Liqasının I turunda "Sumqayıt"la keçirəcəkləri ev oyununa itkilərlə çıxacaq. 

  • 15.08.2019 19:37

    "Qəbələ" üçün 14-cü başlanğıc

    Bu həftə Azərbaycan Premyer Liqasında yeni – 2019/20 mövsümü başlayacaq. 

  • 09.08.2019 19:07

    "Qəbələ"dən darmadağın

    Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünə hazırlaşan “Qəbələ” növbəti yoxlama oyununu keçirib.

  • 07.08.2019 18:06

    "Qəbələ"də daha bir ayrılıq

    “Qəbələ” klubunun meneceri Səməd Nəsibov klubdan ayrılıb. 

  • 05.08.2019 16:45

    "Qəbələ" 50 min manat məbləğində cərimə olundu

    "Qəbələ" klubu 50 min manat məbləğində cərimə olunacaq.

  • 01.08.2019 22:31

    "Neftçi" növbəti mərhələdə, "Qəbələ" Avroliqa ilə vidalaşdı

    Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulacaq. Offsideplus.azxəbər verir ki, təmsilçilərimizdən “Neftçi” də cavab matçına çıxıb. Roberto Bordinin komandası evdə Rusiyanın "Arsenal" klubunu qəbul edib. Tuladakı matçda 1:0 hesabı ilə qalib gələn "ağ-qaralar" bu dəfə rəqib qapısından 3 cavabsız top keçirərək növbəti mərhələyə yüksəlib.

    Qeyd edək ki, "Neftçi" 3-cü mərhələdə İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşacaq.

    Təmsilçilərimizdən “Qəbələ” də cavab matçına çıxıb.

    Sənan Qurbanovun komandası Gürcüstanda “Dinamo”nun qonağı olub. Qəbələdəki görüşdə Tbilisi təmsilçisinə 0:2 hesabı ilə uduzan “qırmızı-qaralar” bu dəfə rəqibin 3 cavabsız qoluna üzülüb.
    Beləliklə, Azərbaycan kubokunun qalibi Avroliqa ilə erkən vidalaşıb.

  • 01.08.2019 20:15

    "Dinamo" - "Qəbələ": start heyətlər açıqlandı

    UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində saat 21:00-da başlayacaq “Dinamo” (Tbilisi) – “Qəbələ" oyunu üçün heyətlər açıqanıb.

  • 28.07.2019 15:12

    "Qəbələ"nin cavab oyunu üçün hakim təyinatları açıqlandı

    UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Dinamo" (Gürcüstan) - "Qəbələ" cavab matçı üçün hakim təyinatları açıqlanıb. 

  • 26.07.2019 11:14

    Zaur Həşimov: “Gürcüstana qələbə üçün gedəcəyik”

    “Qəbələ”nin baş məşqçisi Zaur Həşimov Avropa Liqasının II təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Tbilisi) komandasına evdə 0:2 hesabı ilə uduzduqları ilk matçdan sonra mətbuat konfransı keçirib.

  • 26.07.2019 09:16

    Rəqib baş məşqçi: "Qəbələ" ilə cavab oyununa 100 yox, 200 faiz hazır olmalıyıq"

    Tbilisi "Dinamo"sunun baş məşqçisi Feliks Visente Miranda UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ"yə səfərdə 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib. İspaniyalı mütəxəssis əvvəlcə görüş haqda danışıb.

  • 25.07.2019 20:53

    "Qəbələ" uduzdu

    UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları davam edir.  Offsideplus.az xəbər verir ki, Azərbaycan kubokunun qalibi “Qəbələ” bu gün mübarizəyə start verib. Sənan Qurbanovun komandası öz meydanında Tbilisi “Dinamo”sunu qəbul edib.

    Bu, 2019/20 mövsümündən daha çox öz akademiyasının yetirmələrinə yer verəcək yenilənmiş "Qəbələ"nin ilk oyunu idi. Komandanın bugünkü çıxışı həm də bu fakta görə maraq doğururdu.

    Qarşılaşma Gürcüstan klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

    Xatırladaq ki, “Qəbələ” 2015-2016-cı illər mövsümündə də "Dinamo" ilə qarşılaşıb. Avropa Liqasının I təsnifat mərhələsinin səfər oyununda 1:2 hesabı ilə uduzan təmsillçimiz evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb.

    Qeyd edək ki, komandalar arasında cavab oyunu bir həftə sonra Gürcüstanda keçiriləcək. Cütün qalibi Hollandiyanın “Feyenoord” klubu ilə qarşılaşacaq.

    25 iyul

    Avropa Liqası

    II təsnifat mərhələsi, ilk oyunlar

    19:00. "Qəbələ" (Azərbaycan) - "Dinamo" (Tiflis, Gürcüstan) 0:2

    Qol: Levani Kutalia, 41, Arfanq Daffe, 87 
    Baş hakim: Nikolas Uolş (Şotlandiya)
    Qəbələ şəhər stadionu

    Heyətlər:

    "Qəbələ": 1. Anar Nəzirov, 2. Amin Seydiyev, 3. İvitsa Juniç, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 8. Qismət Əliyev, 21. Fernan Lopes, 77. Merab Qiqauri, 9. Davit Volkov, 10. Bauku Klesio, 14. Ülvi İsgəndərov

    "Dinamo": 1. Perales Nayera, 3. Viktor Monqil, 5. Davit Kaburi, 16. Giorgi Kimadze, 24. Nodari İaşvili, 8. Giorgi Kuxinaidze, 15. Giorgi Papava, 32. Nika Ninua, 38. Nodar Kavtaradze, 10. Levan Şengelia, 19. Levani Kutalia

Sorğu

Superkubokun qalibi hansı klub olacaq?
© 2019 Offsideplus.az. Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design