Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin I dövrəsindəki oyunların vaxtı dəqiqləşib.

Offsideplus.az xəbər verir ki, Gürcüstan, Monteneqro və Yunanıstanla mübarizə aparacaq F qrupunda yer alan komandamız 2021-ci ilin yanvarın 7-9-da üç matça çıxacaq.

I dövrənin qarşılaşmaları Gürcüstanda keçiriləcək. Millimiz ardıcıl olaraq Monteneqro, Gürcüstan və Yunanıstanla qarşılaşacaq.

 2-ci dövrənin oyunları isə yanvarın 14-17-də Monteneqroda keçiriləcək.