Koronavirus pandemiyasına yoluxan "Minnesota Timbervulvz"un oyunçusu Karl-Antoni Tounsun anasının vəziyyəti yaxşı deyil.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı 25 yaşlı basketbolçu valideyninin ölüm-qalım mübarizəsi apardığını söyləyib.

Amerikalı idmançı hər kəsdən diqqətli olmağı və sağlam qalmağı xahiş edib.

Qeyd edək ki, "Yuta Caz"ın basketbolçusu Rudi Qorbertdə koronavirus xəstəliyi aşkarlandıqdan sonra MBA-da mübarizə təxirə salınıb.