Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında daha 2 matç oynanılıb.

Offsideplus.az xəbər verir ki, Dərnəgül Voleybol Mərkəzində keçirilən görüşlərdə öncə meydana “Murov”la “Azərreyl” çıxıb.

Qarşılaşma “dəmiryolçular” üçün uğurlu başlayıb. İlk hissəni 25:16 hesabı ilə qazanan “Azərreyl” ardınca 22:25 hesabı ilə uduzsa da, xal itirməyib. Famil Ağayevin yetirmələri üçüncü setdə 25:21, dördüncü hissədə 25:15 hesabı ilə qalib gəlib - 3:1.

Daha sonra “Mübariz”lə UNEC qüvvəsini sınayıb. Görüş "Mübariz"in qələbəsi ilə başa çatıb. Birinci hissədə 25:15 hesabı ilə qələbə qazanan “Mübariz” növbəti iki setdə rəqibini 25:14 hesabı ilə məğlub edib – 3:0.