Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2 görüş keçirilib.

Offsideplus.az xəbər verir ki, günə “Xilasedici” – “Neftçi” qarşılaşması ilə start verilib. Oyun debütantların qələbəsi ilə başa çatıb. Onlar lider “Neftçi”dən 3 xal almağı bacarıblar.

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində baş tutan ikinci görüşdə “Express”lə “Murov” üz-üzə gəlib. Bu dəfə isə ikincilər asanlıqla rəqiblərini məğlub ediblər.

Bu qarşılaşmalardan sonra 3 oyun keçirən “Neftçi” 6 xalla yenə liderdi. “Murov” 5 xalla ikinci pilləyə yüksəlibsə, “Xilasedici” ilk 3 xal sayəsində 4-cü yerə qalxıb.

“Xilasedici” – “Neftçi” – 3:1 (26:24, 19:25, 25:23, 25:20)
“Express” - “Murov” – 0:3 (14:25, 14:25, 14:25)