Kişi voleybolçuların yüksək liqasında daha 2 görüş keçiriləcək.

Offsideplus.az xəbər verir ki, I dövrə çərçivəsində yanvarın 25-də təşkil olunacaq “Xilasedici” – “Neftçi” qarşılaşması saat 14:00-da start götürəcək. Bu oyunun ardınca – saat 16:00-da isə “Express” “Murov”la üz-üzə gələcək.

Hər iki matç FHN-in idman-sağlamlıq kompleksində oynanılacaq.