Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti görüş baş tutub.

Offsideplus.az xəbər verir ki, I dövrənin görüşündə “Mübariz” “Abşeron”u sınağa çəkib.

İlk seti Eldar Yusubovun komandası qazanıb. Ardınca “Mübariz” hesabı bərabərləşdirsə də, daha təcrübəli “Abşeron” mövsümdə ilk qələbəsini qazanıb - 3:1 (25:23, 24:26, 25:17, 25:15).

Nəticədə 2 oyuna 3 xal qazanan “Abşeron” 3-cü yerə yüksəlib. 3 matçdan sonra aktivində 3 xalı olan “Mübariz” isə 4-cü pillədədir.