2020-ci ildə Litvada keçiriləcək dünya çempionatının loqosu təqdim olunub. 

Offsideplus.az xəbər verir ki, Litvanın paytaxtı Vilnusda keçirilən tədbirdə təşkilatçı ölkənin futbol federasiyasının prezidenti Tomas Danileviçius, baş katib Edqaras Stankeviçius və FİFA-nın turnirlər üzrə rəhbəri Jaime Yarzaın salamlama nitqindən əvvəl işıq şousu altında yeni loqo təqdim olunub.

Image result for futsal world cup 2020 logo

Emblemdə Litvanın iki qürurverici xüsusiyyəti – təbii ehtiyatları və texnoloji təcrübəsi vurğulanıb. Litvada gücün simvolu hesab edilən palıd ağacının yarpaqlarının da təsvir olunduğu kubok Litvanın dövlət bayraqlarının rəngləri ilə bəzədilib. Landşaftın üstünlüyü isə Litvanın öz təbii irsinin qorunmasına sadiqliyinin göstəricisi kimi qeyd olunub.

Qeyd edək ki, 2020-ci ildə keçiriləcək dünya çempionatı sentyabrın 12-dən oktyabrın 4-dək davam edəcək.