Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyun keçirilib.

Offsideplus.az xəbər verir ki, günün yeganə oyununda ilk qarşılaşmasını qələbə ilə bitirmiş “Azərreyl” və “Mübariz” klubları üz-üzə gəliblər.

Dərnəgül Voleybol Mərkəzində baş tutan görüş "dəmiryolçular"ın asan qələbəsi ilə yekunlaşıb. Famil ağayevin komandası 3 setdə rəqibinə cəmi 33 xal verib.

Super Liqa
15:00. “Azərreyl” – “Mübariz” - 3:0 (25:10, 25:13, 25:10)