DÇ-2020-nin elit-raund mərhələsinə hazırlığını Bakıda davam etdirən futzal üzrə Azərbaycan milli komandası yanvarın 21-də və 22-də Özbəkistan yığması ilə yoldaşlıq oyunları keçirəcək.

Offsideplus.az xəbər verir ki, hər iki qarşılaşmanı idarə edəcək hakimlərin adları açıqlanıb:

Azərbaycan - Özbəkistan

21 yanvar. Bakı İdman Sarayı. Saat 20:00

Hakimlər: Hikmət Qafarlı, Anar Fərəcov, Rahin Heybətov

Azərbaycan - Özbəkistan

22 yanvar. Bakı İdman Sarayı. Saat 20:00

Hakimlər: Əli Cəbrayılov, Knyaz Əmiraslanov, Fuad Həsənov