Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında I dövrənin növbəti oyunu keçirilib.

Offsideplus.az xəbər verir ki, MOİK komandası “Murov”la qarşılaşıb.

Dərnəgül Voleybol Mərkəzində baş tutan görüşdə ilk hissə 26:24 hesabı ilə “Murov”un xeyrinə başa çatıb. İlk hissədəki gərgin mübarizədən sonra Eldar Əliyevin yetirmələri ikinci setdə 25:23 hesabı qalib gələrək, hesabı bərabərləşdiriblər - 1:1.

III hissə də "hərbiçilər"in üstünlüyü ilə sona çatıb və MOİK 26:24 hesabı ilə qalib gəlib. IV setdə oyununda dönüş yaradan “Murov” 25:20 hesabı ilə status-kvonu bərpa edib - 2:2. Nəticədə görüşün taleyinə tay-brekdə aydınlıq gəlib. Bu dəfə daha səhvsiz oynayan "Murov" 15:10 hesabı ilə qalib gəlib (3:2). Bu, onların ilk qələbəsi olub.